İsrail təyyarələri Misir ərazilərini bombalayıb?
Bizi izləyin

Dünya

İsrail təyyarələri Misir ərazilərini bombalayıb?

İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyat müxtəlif ərəb ölkələrinin Kütləvi İnformasiya Vasitələri tərəfindən diqqətlə izlənilir.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, bəzən məqsədli şəkildə dezinformasiyalar yayılır. Bu isə İsrailə qarşı loyal olan ərəb ölkələrində də gərginlik yaradır.

“Həmas” qruplaşmasına məxsus “Əl-Əksa” məlumat yayıb ki, İsrailin Hərbi Hava Qüvvələri Misir ərazilərini bombalayıb. Nəticədə 6 misirli hərbçi həlak olub. Hələlik bu informasiya İsrail və ya Misir tərəfindən rəsmi təsdiqini tapmayıb.

“Hizbullah”a məxsus “Əl Mənar” telekanalı isə iddia edib ki, israillilər Qəzza zolağındakı əməliyyatlar zamanı böyük itkilərdən qorxuya düşüblər. Hətta uğursuz əməliyyatın günahkarını tapmaq üçün xüsusi komissiya yaradılmasına çağırışlar edilir. Xüsusilə “Həmas” döyüşçülərinin istifadə etdiyi yeraltı tunellər israillilərdə vahimə və çaşqınlıq yaradıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm