Sərnişinlərlə cinsi əlaqədə olmaq istəyən seksual manyak tutulub
Bizi izləyin

Qırmızı.az

Sərnişinlərlə cinsi əlaqədə olmaq istəyən seksual manyak tutulub

İdarə etdiyi avtomobildə sərnişinlərə cinsi əlaqədə olmağı təklif edən seksual manyak saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsindən Publika.az-a verilən xəbərə görə, polis tərəfindən tutulan 42 yaşlı R.Ə (ad şərtidir) “London” taksisində sürücülük fəaliyyəti ilə məşğulur.

Məlumata görə, o, Xocasən yolunda sərnişin qismində avtomobilinə əyləşən kişiyə (zərərçəkmişin adı gizli saxlanılır) elə maşında cinsi əlaqədə olmağı təklif edib.

40-cı polis bölməsinin əməkdaşları şikayətçinin ərizəsi əsasında onu saxlayıblar və məsuliyyətə cəlb ediblər. Polisdən verilən məlumata görə, "London” taksisində sürücü işləyən şəxs əvvəllər də müştərilərə qarşı analoji hərəkətlər edib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm