Prokurorluq orqanlarının 11 əməkdaşı cəzalandırılıb
Bizi izləyin

Qırmızı.az

Prokurorluq orqanlarının 11 əməkdaşı cəzalandırılıb

Azərbaycan prokurorluq orqanlarının 11 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu barədə Azərbaycanın prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 11 (2013-cü ilin müvafiq dövründə 17) əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə bütün struktur qurumların rəhbərlərindən tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm