Amerikadan İsrailə növbəti zərbə
Bizi izləyin

Dünya

Amerikadan İsrailə növbəti zərbə

Çili, Peru, El Salvador və Braziliyadan sonra başqa bir Cənubi Amerika ölkəsi Argentina da İsrailin Qəzza hücumunu kəskin etirazını bildirib.

Axar.az xəbər verir ki, Argentina da Təl-Əviv səfrini Buenes-Ayresə geri çağırıb.

Argentina Xarici işlər naziri Hektor Timerman İsrailin Argentinada olan səfirini çağırmaqla bərabər Qəzzada humanitar yardım fəaliyyətlərində iştirak edən argentinalı bir keşişin həyatının qorunması üçün zəmanət istəyib.

Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada Qəzzada olan argentinalı vətəndaşların həyatına ola biləcək hər hansı təhlükədə İsrailin günahkar olacağı vurğulanıb

Argentina hökumətinin aldığı bu qərar təxminən ölkədə olan 300 min yəhudi camaatının tənqidinə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm