Ukraynada 3 azərbaycanlı güllələndi
Bizi izləyin

Qırmızı.az

Ukraynada 3 azərbaycanlı güllələndi

Ukraynanın Luqansk vilayətində azərbaycanlı öldürülüb. 51 yaşlı Telman Sədi oğlu Cəfərov öz avtomobilində başından güllələnib.

İki uşaq atası olan Telman Cəfərov əvvəllər Luqanks vilayətində diasropa fəallarından olub, indiyədək şəxsi fermer təsərrüfatı ilə məşğul imiş.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov məlumat verib. Onun sözlərinə görə, Luqanksda daha 3 azərbaycanlı Vüqar, Mahir və Ədalət Qəhramanovların güllə yarası aldığı deyilir.

Asim Osmanov qeyd edib ki, onun əmisi oğlunun verdiyi qeyri-rəsmi məlumata görə, Luqansk vilayətinin Komenko kəndində maşında olarkən atəş açılıb, yerindəcə qətlə yetirilib:


“Hazırda Luqanksda yaşayan bütün azərbaycanlılara tövsiyə olunub ki, nisbətən sakit ərazilərə köçsünlər”. (ans tv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm