Hindistanda sürüşmə: 41 ölü
Bizi izləyin

Dünya

Hindistanda sürüşmə: 41 ölü

Hindistanda baş verən yer sürüşməsi nəticəsində 41 nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, Maharaştra ştatında baş verən təbii fəlakətdə 100-dən çox ev dağılıb. Xilasedicilər 9 nəfəri xilas ediblər.

Verilən rəsmi açıqlamada bildirilir ki, daha 100 nəfərin torpaq altında qaldığı ehtimal olunur.

Pune rayonunda baş verən yer sürüşməsinə səbəb kimi intensiv yağan yağış göstərilir.

Hindistan höküməti bölgəyə 300 xilasedici cəlb edib. Sürüşməyə yaxın ərazilərdə yaşayanların təxliyyə edilməsinə göstəriş verilib.

Xilasetmə işlərinə Hindistanın daxili işlər naziri Radzhnata Sing rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm