Astroloji proqnoz - 1 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 1 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Fəaliyyət zəminində xırda irəliləyişlərdən başqa hansısa mütərəqqi uğurlara yiyələnməyəcəksiniz. Qohumluq-qonşuluq münasibətlərində humanistlik göstərin. Savab qazanmağa çalışın.

BUĞA - Yeni ayın bu ilk günü əsasən fərdi yaradıcılığınız üçün uğurlu olacaq. Həmkarlarınızla aranızda mövcud olan gərginlik qismən səngiyəcək. Səhhətinizin də qayğısına qalın.

ƏKİZLƏR - Təxminən saat 12-yə qədər ümumi əhvalınızda gərginlik müşahidə ediləcək. Sonrakı saatlarda isə daxili sabitliyiniz bərpa olunacaq. Əsas vaxtınızı istirahətə həsr edin.

XƏRÇƏNG - Göstərdiyimiz zaman kəsiyində yeni işlərə başlamaq və sizə aid olmayan münasibət məsələlərinə müdaxilə etmək xoşagəlməz sonluqla nəticələnə bilər. Qazanmaq ehtimalınız böyükdür.

ŞİR - Bürcünüz üçün aktiv olan bu təqvimdə hansısa ciddi problemlə rastlaşma ehtimalınız yoxdur. Əksinə, uğurlu nəticələrdən xəbər verən çoxsaylı görüş və sövdələşmələrdə iştirakınız baş verəcək.

QIZ - Yaramaz adamlardan uzaq olun. Çünki sizə qarşı pislik etmək istəyənlər çoxdur. Hər hansı mübahisə və prinsipiallıq isə sizin üçün deyil. Boş məsrəflərə çox pul xərcləməyin.

TƏRƏZİ - Avqustun bu ilk təqvimi sizin üçün kifayət qədər uğurlu olacaq. Xırda maliyyə problemlərini nəzərə almasaq, digər sahələrdə cərəyan edən situasiyalar zövqünüzlə uyğunlaşacaq.

ƏQRƏB - Gün ərzində bütün işlərdə bacardığınız qədər məsuliyyətli olmalısınız. Əks təqdirdə nəzərdə tutduğunuz planları reallaşdırmaqda problemləriniz olacaq. Səfərə hazırlaşmağa dəyər.

OXATAN – Qarşıdakı on gün üçün üzərinizə düşən vəzifələri indidən planlaşdırın. İştirakçısı olduğunuz hər bir sövdələşmədə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq sizə başucalığı gətirən deyil.

OĞLAQ - Sağlamlığınızı qorusanız, başqa probleminiz olmayacaq. Sıxıntı çəkməkdənsə dəniz sahilində, kənd yerində dincəlin. Amma lazımsız yerlərə pul xərcləmək fikrinə düşməyin.

SUTÖKƏN - Günün birinci yarısını nəzərə almasaq, qalan saatlar bürcünüz üçün düşərli olacaq. Yeni simalarla rastlaşmağınız, işgüzar proseslərdə dəstək almağınız gərginliyinizi azaldacaq.

BALIQLAR - Qarşınızda olduqca məsuliyyətli bir dövr durur. Biznes sahəsində və münasibətlərdə proseslər ürəyinizcə olacaq. Amma xətakar və yalançı adamların şirin dilinə aldanmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm