Rusiya "Buk"ları Ukrayna ilə sərhədə aparılır (VİDEO, FOTO)
Bizi izləyin

Dünya

Rusiya "Buk"ları Ukrayna ilə sərhədə aparılır (VİDEO, FOTO)

Rusiya Federasiyasının Belqorod ərazisində yerləşən Starıy Oskol şəhərinin sakinləri hərəkət edən hərbi texnika kolonunu çəkib.

ANS PRESS-in məlumatına görə, Starıy Oskol Ukrayna-Rusiya sərhədindən 100 kilometr məsafədə yerləşir.

Kadrlardan görünür ki, texnikanın çox hissəsi bağlı çexollarda keçir, amma yedəkçilərdən biri üstü açıq "Buk" zenit-raket kompleksini daşıyır.

Ehtimal olunur ki, çəkiliş Starıy Oskolun Aleksey Uqarov-Metallurqov prospektinin kəsişməsində aparılıb.

Daha əvvəl Rusiya Federasiyasının ərazisindən aparılan "Qrad"ların videosu dərc edilmişdi.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm