Aeroport yolunda piyada öldü
Bizi izləyin

Qırmızı.az

Aeroport yolunda piyada öldü

Gecə Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aeroport yolunda qeydə alınan qəza zamanı hələlik şəxsiyyəti naməlum olan təxminən 25-27 yaşlı bir nəfər yolu keçmək istəyərkən sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Qəza piyada keçidinin düz yanında baş verib. Həyatından olan gənc piyada keçidindən istifadə etmək əvəzinə cəld yolu keçmək istəyib və bu zaman sürətlə gələn maşın tərəfindən vurulub.

Qəza nəticəsində piyada hadisə yerindəcə keçinib. Əraziyə Suraxanı rayon polis idarəsinin əməkdaşları gəliblər. Meyit şəxsiyyətinin müəyyən edilməsi üçün morqa aparılıb.

Piyadanı vuran “Mercedes”in sürücüsü polis tərəfindən saxlanılaraq ifadəsinin alınması üçün idarəyə aparılıb.

Gecə ərzində dəfələrlə Suraxanı rayon polis idarəsi ilə əlaqə saxlamaq cəhdlərinə baxmayaraq idarənin növbətçi hissəsindən nə qəzan törədən sürücünün, nə də ki, dünyasını dəyişən piyadanın şəxsiyyəti ilə bağlı bir məlumat vermədilər.

Faktla bağlı Suraxanı rayon polis idarəsində başlanan araşdırmalar isə davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm