Formasını dəyişən televizorlar satışda
Bizi izləyin

Texnoloji

Formasını dəyişən televizorlar satışda

“Samsung” şirkəti formasını dəyişə bilən yeni televizorları təqdim edib. Məlumata görə, yeni cihazlar bu gündən Koreya Respublikasında satışa çıxarılacaq.

ANS PRESS-in məlumatına görə, 78 düymlük modelin ekranının təsvir ölçüsü “Ultra HD”-dir (3840×2160 nöqtə). Pultda düymənin sıxılması ilə hərəkət edən xüsusi elektrik mühərrikləri ekranın kənar hissəsini tamaşaçıya yaxınlaşdırmaqla onu yastı və əyri formaya salır.

Bu televızorlar ilin əvvəlində ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri hesab edilən “Consumer Electronics Show 2014”-də (CES) nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm