Azərbaycanlı jurnalistin Jirinovskidən aldığı MÜSAHİBƏ: "Məni səhv başa düşüblər"
Bizi izləyin

Dünya

Azərbaycanlı jurnalistin Jirinovskidən aldığı MÜSAHİBƏ: "Məni səhv başa düşüblər"

“Demək istəməmişəm ki, azərbaycanlı xalqı yoxdur...”

Bu günlərdə, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovski “Rusiya 24” telekanalındakı çıxışının çox hissəsini odlar yurdu adlandırdığı Azərbaycana həsr edərək ona valeh olduğunu, Azərbaycanı inkişaf edən və böyük nailiyyətlər əldə edən postsovet ölkələrinə nümunəvi bir örnək kimi gördüyünü açıqlamışdı. Siyasətçi onu da qeyd etmişdi ki, Rusiya Azərbaycana böyük diqqət və qayğı göstərməlidir, bu, Rusiyanın digər müsəlman ölkələri ilə də münasibətlərinə müsbət təsir edəcək. Lakin unutmayaq ki, əvvəllər V.Jirinovski, özünün kifayət qədər kəskin və təhqiramiz çıxışları ilə Azərbaycan xalqının narazılığına səbəb olmuşdu. Və bununla bağlı, Rusiyadakı Azərbaycan diasporunun müxtəlif cəmiyyətləri və hətta fərdi üzvləri tərəfindən, məhkəməyə veriləcəyi ilə təhdid olunmuşdu.

Bütün bu söhbətlərlə bağlı, Moskvada yaşayan soydaşımız, gənc jurnalist Nilufər Şıxlı, təzadsevər siyasətçi V. Jirinovskidən aldığı müsahibəni Modern.az saytına təqdim edib. Qalmaqallı siyasətçi ilə söhbəti oxucuların ixtiyarına veririk.

N.Şıxlı – Vladimir Volfoviç, sizin “Rusiya 24” telekanalındakı müsahibəniz Azərbaycan xalqı tərəfindən çox xoş bir təəccüblə qarşılanıb. Bu fikir dəyişikliyiniz nə ilə bağlıdır? Axı öncələr, siz Azərbaycana qarşı kəskin və neqativ münasibətdə idiniz?!

V.Jirinovski Məsələ münasibətlərimin dəyişməsində deyil... Mən “Rusiya 24” telekanalındakı çıxışımda Azərbaycanla Ukrayna arasında müqayisə aparmışam. Bir tərəfdə – rəhbərliyi amerikanpərəstlərdən və rusofoblardan ibarət olan, vətəndaş müharibəsi tüğyan edən, minlərlə günahsız insanların məhv olduğu Ukrayna! Bir tərəfdə isə - İlham Əliyevin prezident olduğu Azərbaycan! Onun böyük səyləri nəticəsində ölkə yüksək nailiyyətlər əldə edir, çiçəklənir və inkişaf edir!

Azərbaycanda heç bir rusofob əhval-ruhiyyə yoxdur, rus məktəbləri bağlanmır, Moskva Dövlət universitetinin böyük filialı fəaliyyət göstərir, möhtəşəm Rus dram teatrı vardır və daha nələr...

Söhbət ondan gedir ki, postsovet mühiti dedikdə, biz yalnız pisi deyil, yaxşını da görməliyik və ugurla inkişaf edən ölkələrə daha çox diqqət yetirməliyik. Azərbaycan da, məhz belə ölkələrdəndir!

N.Ş. – Bəs vaxt vardı, siz azərbaycanlıların bir xalq kimi mövcud olmadığını sübut etməyə çalışırdınız. Bununla da, Rusiyadakı Azərbaycan disporasının qəzəbinə səbəb olmuşdiniz və onlar sizi məhkəməyə vermək istəyirdilər. Bunu necə şərh edə bilərsiniz?

V.J. – Mən demirdim ki, belə bir xalq yoxdur... Mən sizin xalqın adının mənşəyindən danışırdım, eləcə də rus xalqının, ukraynalıların və s...

Məsələn, bir zamanlar, rus imperiyasının kənar bölgəsində yaşayanları ukrainlər adlandırırdılar. Sözün mənası “kənar tərəfdə” deməkdir.

Azərbaycan sözünə gəldikdə isə, azər – xəzər (xəzər dənizi), baycan – baca (sahil, kənar) deməkdir. Azərbaycanlılar - Xəzər dənizinin kənarında yaşayanlar deməkdir. Mən demək istəməmişəm ki, belə bir xalq yoxdur.

Lap rus xalqını götürək. Bu xalqın adı Ros çayından mənşələnib. Ros çayının ətrafında yaşayanları roslar, sonralar isə ruslar adlandırıblar.

Mən, məsələnin yalnız dilçilik baxımından açılışını vermışdım.


N.Ş. – Sizin fikrinizcə, hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər hansı səviyyədədir?

V.J. Çox yüksək! Bu əlaqələr – möhkəm iş əlaqələridir.

Dövlətlərimizin başçıları periodik olaraq görüşürlər, MDB işləri üzrə Dövlət dumasının sədri Leonid Slutskiy tez-tez Azərbaycanda olur, “Rus-Azərbaycan fraksiyalararası qrup”un rəhbəri Dmitriy Savelyev də xeyli işlər görməkdədir və s... Dövlərlərimiz arasında yaxşı ticarət əlaqələri də mövcuddur.

Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər, keçmiş sovet respublikaları üçün əsil nümunədir.

N.Ş. – Azərbaycanın Gömrük ittifaqına və Avropa iqtisadi birliyinə daxil olması məsələsinə sizin baxışlarınız?

M.J. – Bunu dövlət başçıları özləri həll etməlidirlər. Azərbaycana heç kim tərəfindən qətiyyən təzyiq göstərilməyəcək. Amma biz hesab edirik ki, Gömrük ittifaqına daxil olmaq, bütün dövlətlər üçün əlverişli olardı.

Bolqariyanın, Polşanın və Rumıniyanın AB daxil olduqdan sonrakı vəziyyətlərinıə diqqət edin və bunu, sovet dövrü ilə müqayisə edin. O zaman bu dövlətlər, İqtisadi qarşılıqlı yardım şurasının tərkibində idilər və çoxları təsdiq edər ki, o zamankı vəziyyətləri indikindən daha yaxşı idi...

Nilufər Şıxlı,
Moskva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm