Müdafiə Nazirliyi itkilərin sayını dəqiqləşdirir
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi itkilərin sayını dəqiqləşdirir

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Trend-ə bəzi KİV-lərdə Azərbaycan Ordusunun verdiyi itkilərinin açıqlanan sayı ilə bağlı bildirib ki, hələlik bununla bağlı rəsmi məlumat yoxdur:

"Məlumatlar tam dəqiqləşdiriləndən sonra ictimiayyətə rəsmi şəkildə açıqlanacaq".

Xatırladaq ki, iylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Publika.az-ın Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məlumatlara görə, 11 hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm