Məşhur müğənninin əri: “Hələ harınlamamışam ki, polisə əl qaldırım” – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Məşhur müğənninin əri: “Hələ harınlamamışam ki, polisə əl qaldırım” – ÖZƏL

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılması ilə bağlı yayılan xəbərə Publika.az vasitəsi ilə cavab verib: “Kobudluq çıxmasın, mən hələ elə harınlamamışam ki, dövlət işçisinə, yaxud da polisə əl qaldırım. Hazırda ailəmlə birlikdə Qaxda istirahət edirəm”.

Qeyd edək ki, Kamil Zeynalov yol polisi tərəfindən saxlanıldığı və hazırda Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olduğu deyilir.

Onun saxlanmasına səbəb yol polisi ilə mübahhisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.

Beləliklə, Kamil Zeynalovla polis arasında yaşanan insident nəticəsində saxlanılıb.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Günay Zeynalovanın həyat yoldaşıdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm