131 İsrail əsgəri öldürülüb
Bizi izləyin

Dünya

131 İsrail əsgəri öldürülüb

İsrailin müxtəlif bölgələrinə 146 raket atılıb və 131 əsgər öldürülüb.

Publika.az xəbər verir ki, Kassam Tuqaylarının verdiyi yazılı açıqlamaya görə, bu gün səhər saatlarından etibarən paytaxt Təl-Əviv də daxil olmaqla İsrailin müxtəlif bölgələrinə 146 raket atılıb, Kiryat və Aşkol şəhərlərində isə yaralılar var.

Açıqlamada həmçinin Qəzzada İsrail əsgərlərinə qarşı təşkil olunan müxtəlif əməliyyatlar əsgər ölümü ilə müşayiət olunub. Məlumata görə, iyulun 17-də Qəzzaya quru hücumunun başlamasından indiyədək 131 İsrail əsgəri öldürülüb.

Bir tərəfdən də, İsrail ordusunun sosial paylaşım səhifəsində – “Tvitter”dəki rəsmi hesabındakı paylaşıma görə, səhər saatlarından başlayaraq Qəzzadan İsrailə 73 raket atılıb. Həmin raketlərdən 17-si “Dəmir Qübbə” adlı raketdən müdafiə sistemi ilə zərərsizləşdirilib. Dünən gecədən indiyədək atılan raketlər nəticəsində 26 İsrail əsgəri yaralanıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm