Qırmızı.az
Bakı Şəhər Təhsil İdarəsinin saytında biabırçılıq - FOTO
Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində olan təblərə qəbulla əlaqədar olaraq, 20 iyul 2014-cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılıb. Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.
I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Elektron ərizə qəbulu üçün vətəndaşlar www.bakuedu.az saytında yerləşdirilən ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilirlər.
Qeyd edək ki, ərizələrin elektron qəbulu vətəndaşlara rahatlıq yaradır. Ən azından, yayın ən isti vaxtında idarəyə gedərək növbəyə dayanmaqdan azad olurlar. Bütün bunlar təqdirəlayidir. Amma...
Bakı Şəhər Təhsil İdarəsinə müraciət edən valideynlərdən biri Bizimyol.info saytına sözügedən şəkli göndərib. Valideyn bildirir ki, elektron ərizəyə əsasən, müsabiqənin tarixi müəyyənləşdirilərək ona göndərilib. Lakin həmin tarixdə valideyn Bakı şəhərində ola bilməyəcəyi üçün yenidən elektron ərizə ilə müraciət edib. Bu zaman isə ona belə bir cavab verilib. 2 cümlədən ibarət cavabda o qədər qrammatik və orfoqrafik səhv var ki, bu mətnin Bakı Şəhəri Təhsil İdarəsinin saytında olduğuna inanmaq çətindir. Belə mətnlərə daha çox küçə elanlarında, yaxud yeniyetmələrin Facebook-da yazdığı status və şərhlərdə rast gəlmək olur.
İnanmaq istəyirik ki, BŞTİ bundan sonra saytda olan materialları və göndərdiyi avtomatik elektron cavabların daha düzgün tərtib olunmasına diqqət yetirəcək və savadlı yazmaq baxımından digərlərinə nümunə olacaq.
Yeri gəlmişkən, valideynin rastlaşdığı problem də həllini tapıb. BŞTİ-dən bildiriblər ki, elektron ərizə vermiş şəxs təyin olunmuş vaxtda müsabiqəyə gələ bilmədiyi halda, onun ərizəsi bazadan silinir. Bundan sonra o, yenidən elektron ərizə verir və müsabiqə başqa bir vaxta təyin olunur.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR