Atəş altında qalan kənddən - REPORTAJ- VİDEO
Bizi izləyin

Qırmızı.az

Atəş altında qalan kənddən - REPORTAJ- VİDEO

Ermənistan ordusu cəbhənin Qazax istiqamətində yenidən fəallaşıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ermənistan ordusu atəşkəsi saat 20:00-dan pozmağa başlayıb.

Ermənilərin bu istiqamətdə açdığı atəş nəticəsində Azərbaycan ordusunun giziri şəhid olub. Ölən gizir İsa Almazovdur.

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Məzəm kənd sakini, 1970-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu yaralanıb.

Məzəm və Quşçu kəndlərində sakinlərin hərəkəti maksimum məhdudlaşdırılıb. Əhali evdən çölə çıxmağa qorxur. Düşmən snayperlərlə atəş açır.

Ötən gecə isə Qazaxın Məzəm, Quşçu Ayrım, Ağköynək,Aslanbəyli, Qaymaqlı kəndlərini intensiv atəşə tutub. Əsasən yaşayış evləri hədəf alınıb. Sakinlərin mal-qarası çöldə qalıb, avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Ağköynək, Qaymaqlı və Aslanbəyli kəndlərində əhali əsasən evlərin zirzəmisində və hasarların arxasında gizlənib.

Qeyd edəkki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində 11 hərbçimiz şəhid olub.

Vasif Abdiyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm