Kiyevdə Rusiya bayrağı qaldırıldı – İğtişaş düşdü – VİDEO
Bizi izləyin

İdman

Kiyevdə Rusiya bayrağı qaldırıldı – İğtişaş düşdü – VİDEO

Kiyevdə Rusiya bayrağı qaldırıldı – İğtişaş düşdü – VİDEO

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Dnepr”-“Kopenhagen” qarşılaşmasında insident yaşanıb.

UEFA təhlükəsizlik tədbirlərini nəzərə alaraq, qarşılaşmanın Dneprepetrovskda yox, kiyevdə keçirilməsinə qərar vermişdi. Publika.az xəbər verir ki, Ukrayna paytaxtına gələn danimarkalı azarkeşlər Rusiya bayrağı qaldırıblar.

Onların bu hərəkəti yerli azarkeşləri qıcıqlandırıb. Tribunalarda və şəhərin müxtəlif məkanlarında azarkeşlər arasında dava düşüb.

Nəticədə oyunun 2-ci hissəsi 15 dəqiqə gec başlayıb. “Kopenhagen” rəhbərliyi baş verənlərlə bağlı UEFA-ya şikayət edib.

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm