Qırmızı.az
“Çal-çağır proqramları dərhal dayandırılsın”
Deputat Qənirə Paşayeva televiziyalarda ermənilərlə təmas xəttində yaşanan gərginlik nəticəsində həyatını itirən şəhidlərimiz barədə xəbər yaymaq əvəzinə televiziyalarda çal-çağırlı proqramların efirə getməsinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, Q.Paşayeva özünün Facebook səhifəsində qeyd edib əyləncəli proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər:
“Cəbhədə düşmənin təxribatlarına layiqli cavab
verərək şəhid olan qardaşlarımızın hamızına Allahdan rəhmət,
yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Televiziya
və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal
dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə
qədər zəng, məsaj gəlib. Bir çox İnsanlarımız bu kimi proqramların
gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu
kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və
radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır
proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı
müəyyən proqramlarını, filmlərini qoya bilərlər.İşğalçı Ermənistanı
və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın
lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı
alacaqlar. Böyük şair gözəl demişdi:
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq uğrunda ölən varsa vətəndi
Sizi heç zaman unutmayacağıq əziz şəhidlərimiz! Nə qədər Azərbaycan var siz də hər zaman yaşayacaqsınız!”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ