Qənirə Paşayeva Robertino Lorettiyə Qarabağdan danışdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qənirə Paşayeva Robertino Lorettiyə Qarabağdan danışdı - FOTOLAR

”Dünyaca məhşur sənətçi, İtaliyanın məşhur səsi, “Romantica”, “O sole mio”, “Santa Lucia” kimi möhtəşəm əsərlərin ifaçısı Robertino Loretti millət vəkili Qənirə Paşayeva ilə görüşüb.

Xanım millət vəkili məşhur sənətçiyə musiqimizlə bağlı da materiallar hədiyyə edib.

“Təbii ki, musiqimizin əsas beşiyi sayılan Qarabağdan danışdıq. Qarabağın yetişdirdiyi böyük musiqiçilərdən, 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasından, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönə bilməməsindən, Ermənistanın törətdiyi Xocalı soyqırımından da ətraflı danışdıq və ona Azərbaycan həqiqətlərini əks etdirən ingilis dilində filmlər kataloqunu hədiyyə etdim. Çox diqqətlə dinlədi və materiallarla daha geniş tanış olacağını söylədi”.

Daha sonra qonağa ölkəmiz barədə, birinci xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti və musiqisini bütün dünyaya daha geniş şəkildə yayması istiqamətində gördüyü işlər barədə məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm