ALBALI PLUS kuboku uğrunda çempionat yekunlaşır(R)
Bizi izləyin

Qırmızı.az

ALBALI PLUS kuboku uğrunda çempionat yekunlaşır(R)

ALBALI PLUS KUBOKU UĞRUNDA ÇEMİONAT YEKUNLAŞIR

Unibank-ın ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatı başa çatmaqdadır. Bu günlərdə Kubokun sahibləri məlum olacaq.

Bank əməkdaşlarının və bankın 10-dan artıq partnyor komandalarının qatıldığı həyəcan dolu oyunlarda, 30-dan çox komanda ALBALI PLUS Kuboku uğrunda gərgin mübarizə apardı. Avqustun 3-də Abu Arena İdman Kompleksində keçirilən final oyunlarında qalib komandalar müəyyənləşəcək. Partnyor şirkətlərin və müştərilərin də qatılacağı kubok qaliblərinin təntənəli mükafatlandırılması mərasiminin iştirakçılarını sürprizlər gözləyir.

Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında 10-dan artıq şirkətin komandası iştirak edib: Mərkəzi Bank, Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, İntegral, World Telecom, BOA, ABC Telecom (Kontakt) və Flexi Kredit. Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna və ən yaxşı qapıçısına da xüsusi hədiyyə təqdim olunacaq.

Hər birinizi 3 avqust saat 19.00-da başlayacaq həyəcan dolu final oyunlarını izləməyə və qalib komandaların möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.

Unibank- hər kəsin bankı!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm