Cəbhə boyu atışma - Yaralılar var
Bizi izləyin

Qırmızı.az

Cəbhə boyu atışma - Yaralılar var

Bu dəqiqələrdə cəbhə xəttində bir neçə istiqamətdə şiddətli atışma davam edir.

Ermənistan ordusu Ağdamın işğal altında olan Güllücə kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutublar.

Cəbhənin bu istiqamətində də yaralıların olduğu bildirilir. Qeyd edək ki, düşmən Azərbaycan ordusunun şiddətli cavab atəşindən təşvişə düşərək, təmas xəttinə nəzarət etmək məqsədilə cəbhə boyu tez-tez işıqlandırıcı vasitələrdən (fişənglərdən) istifadə edir.

***

Düşmən Tərtər rayonunun Qapanlı kəndi, Ağdam rayonunun Ergi düzü adlanan ərazisi boyu - işğal altında olan Yusifcanlı, Mərzili və Novruzlu kəndləri istiqamətində iriçaplı silahlardan istifadə edərək Azərbaycan ordusunun mövqelərini şiddətli atəşə tutub. Məlumata görə, düşmənin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycanın 3 əsgəri yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.

**

03.10

"Bizim Yol" qəzetinin saytı yazır ki, hazırda cəbhənin Ağdam istiqamətində şiddətli döyüş gedir. Hərbi mənbələrdən bizimyol.info-ya daxil olan məlumata əsasən ordumuz daha iki şəhid verib, 4 nəfər isə yaralanıb.

Mənbə ermənilərin bizim mövqeyimizə hücum etdiyini qeyd edir və digər istiqamətlərdən də hücuma məruz qalacağımız gözlənilir: “Adətən səhərə yaxın hucuma keçirlər. Hələliksə Ağdam və Qazax tərəfdə döyüşlər gedir”. Onu da qeyd edək ki, mənbəmiz, düşmən tərəfdən itkinin olub olmaması barədə məlumata malik olmadığını dedi.

Musavat.com xəbərin dəqiqləşdirilməsi istiqamətində araşırma aparır. Rəsmi instansiyalarla əlaqə saxlamaq mümkün deyil. Lakin Ağdam istiqamətində olan jurnalistlərdən biri ilə əlaqə yaratmaq mümkün olub. O, yuxarıdakı xəbərləri təsdiqləməyib. "Yeni Müsavat"ın hazırda Qazaxda olan müxbiri isə redaksiyaya məlumat verib ki, bu rayonda hələlik nisbi sakitlikdir.

Tərtərin Qapanlı kəndindən müxbirimizə verilən məlumatda isə bildirilir ki, hazırda atışma gedir. Azərbaycan tərəfi tanklardan atəş açmaqla qarşılıq verir. Kənd camaatının bir qismi isə hər ehtimala qarşı yun zavodunun binasına sığınıb. Mənbələr indiki ana qədər 3 yaralının olması barədə də bilgi veriblər. Gec saatlar olduğu üçün məlumat və iddiaları rəsmi instansiyalarla dəqiqləşdirmək mümkün olmur. Bu səbəbdən də xəbəri şayiədən ayırmaq çətindir.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm