PKK: “Bu gecə İŞİD-ə basqın edəcəyik”
Bizi izləyin

Dünya

PKK: “Bu gecə İŞİD-ə basqın edəcəyik”

PKK terror təşkilatının İdarə Heyətinin sədri Murad Qarailan İŞİD-i təhdid edib.

Publika.az xəbər verir ki, Qarailan bu gecə Şenqala (Mosulun rayonu – red.) basqın edəcəklərini və yaraqlıların orada qalacağını bildirib.

“Sterk” telekanalına müsahibə verən Murad Qarailan deyib: “Şenqalda kürdlük ruhu var. Buranı İŞİD-ə vermərik. Bütün xalqımız bilsin ki, gücümüz çatdığı qədər Şenqala girəcəyik və yaraqlılarımız orada qalacaq”.

Xatırladaq ki, dünən PKK-nın Suriya qolu olan YPG ilə İŞİD Suriya-İraq sərhədində toqquşub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm