İdman
“Avropada tüğyan edənlə maraqlanmaqları normaldır”
"Qarabağ"ın aparıcı futbolçusu Reynaldo karyerasını İspaniya La Liqasında davam etdirə bilər. “Fichajes.net”in verdiyi məlumata görə, ötən mövsüm primeronu 10-cu pillədə bitirən "Levante" braziliyalı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Məlumatda bildirilir ki, 25 yaşlı futbolçunun transferi uğrunda Avstriyanın "Zalsburq", Almaniyanın "Ayntraxt" klubu ilə mübarizə aparacaq.
Reynaldo ötən mövsüm Premyer Liqada 31 rəsmi oyunda 22 qol vurmuşdu.
Məsələ ilə bağlı “Qarabağ”la əlaqə saxladıq. Publika.az-a danışan klubun mətbuat xidmətinin rəhbəri “Reynaldo üçün klublardan təkliflər var. Amma Reynaldonun bizimlə müqaviləsi var. Avropada tüğyan edən futbolçu ilə maraqlanmaları tam normaldır.
Belə deyərdim, “Zalsburq” oyundan sonra Reynaldo ilə maraqlanıb. Amma kluba bu barədə rəsmi olaraq heç nə daxil olmayıb.
“Ayntraxt” isə ötən ilki oyundan etibarən onunla daha ciddi maraqlanıb. Reynaldonu köhnə baş məşqçi də istəyirdi, yenisi də...”
Aygün İlqarqızı
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!