Türkiyədə PKK-çı heykəli və...
Bizi izləyin

Dünya

Türkiyədə PKK-çı heykəli və...

Licədə PKK terror təşkilatı üzvünün heykəlinin ucaldıldığı iddiası ilə Diyarbəkir valiliyi prokurorluğa şikayət edib.

Publika.az xəbər verir ki, Diyarbəkir valiliyi Licə rayonunda PKK terror təşkilatının üzvü Mahsum Qorxmazın heykəlinin ucaldıldığı iddiası ilə prokurorluğa şikayət edib.

Valilikdən verilən açıqlamaya görə, son günlər bəzi mətbuat orqanları Yolçatı kəndindəki qondarma şəhidlər xiyabanında terror təşkilatının ildönümündən dolayı PKK üzvünün heykəlinin ucaldıldığı xəbərlərinə yer verildiyini xatırladıb.

Qondarma şəhidlər xiyabanının ləğv edilməsi üçün rayon hərbi-polis komandanlığı və meşələrin mühafizəsi idarəsinə təlimatlar verildiyi bildirilən açıqlamada bunlar deyilib:

“Valilik ucaldılan heykəllə əlaqədar şikayət edib. Həmçinin məsuliyyət daşıyan şəxslərlə əlaqədar hüquqi prosedur başladılıb. Məsələ valilik və digər dövlət qurumları tərəfindən diqqətsiz qalmayacaq və nəticə haqqında ictimaiyyətə məlumat veriləcək”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm