Nida.az
Nazarbayevin İrəvana “Qarabağ əngəlinin” şok sirri
“Nursultan Nazarbayevin İlham Əliyevin istəyini nəzərə alaraq,
Ermənistanın Avrasiya İttifaqına daxil olmasını əngəlləmək istəyi
gələcəkdə bu ittifaqın türk birliyi formatına keçməsi
perspektivindən qaynaqlanır”.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Aykazn Qaqriyan çıxış edib.
Erməni politoloq bildirib ki, Gürcüstan Azərbaycana avrointeqrasiya təklifi edir. O, Tiflisin bu təklifi İrəvana etmədiyini bildirib: “Güman ki, Gürcüstan erməni biznesmenləri üçün Avropa bazarına çıxmaq üçün müharibə meydanı ola bilər. Hazırda isə Ermənistan-Gürcüstan münasibətlərinin gələcəyi naməlumdur. Məlum deyil ki, Ermənistan Avrasiya İttifaqının üzvü kimi Avropaya inteqrasiya yolunu seçmiş Gürcüstanla münasibətləri necə saxlayacaq. Gürcüstan sərhədi faktiki olaraq Avrasiya İttifaqı ilə Avropa Birliyinin azad ticarət zonası arasında sərhəd olacaq. Avrasiya İttifaqının Gürcüstana münasibəti siyasi olacaq və bu Belarus ilə Qazaxıstanın maraqlarına zidd olmayacaq”.
Aykazn Qaqriyanın sözlərinə görə, Nursultan Nazarbayev üçün
İlham Əliyevin şərtini rədd etməmək son dərəcədə əhəmiyyətlidir:
“Hesab etmək olar ki, Astana Ermənistan-Gürcüstan münasibətlərini
Türkiyə-Azərbaycan blokadasında saxlamağa çalışacaq. Burada vahid
türk birliyinin yaradılması ideyası əsasdır və Avrasiya İttifaqı
perspektivdə bunun üçün müstəvi ola bilər. Düzdür, Ermənistanın
Avrasiya İttifaqına üzvlüyü Rusiya tərəfindən de-fakto
reallaşdırılıb. Lakin türklərin bundan öz xeyirlərinə istifadə
edəcəyi də istisna deyil”.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO