Astroloji proqnoz - 19 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 19 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Olduqca müəmmalı gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.

BUĞA - Böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.

ƏKİZLƏR - Neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.

XƏRÇƏNG - Aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahar ərəfəsindən sonra sevindirici hadisələr gözlənilir.

ŞİR - Maliyyə məsələləri ilə bağlı əlverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.

QIZ - Həddindən ziyadə uğurlu gündür. Ovqatınız xoş, maddi durumunuz isə qənaətbəxş olacaq. Odur ki, bu istiqamətdə aktivliyinizi artırmalısınız. Ailə problemlərinə biganə yanaşmayın.

TƏRƏZİ - Şəxsi büdcənizdə irəliləyişə nail olmaq üçün gözəl şanslarınız var. Uzun müddət ala bilmədiyiniz borclarınızı və ya haqqınızı almaqda ulduzlar sizə kömək göstərəcək. Axşamı evdə keçirin.

ƏQRƏB - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Gününüzü daha maraqlı etmək üçün qonaq getməyə çalışın.

OXATAN - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan əhatədə də iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə tərəfdaşlarınızla bir daha götür-qoy edin.

OĞLAQ - Müəyyən məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Ailə-sevgi münasibətlərindən tutmuş iş prinsipinə qədər rastlaşdığınız olaylar yalnız xeyirli olacaq. Özünüzü bədbinləşdirməyin.

SUTÖKƏN - Ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz gözlənilir. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Axşam uzaq yola çıxmağa dəyər.

BALIQLAR - Son vaxtlar özünüzə qapılmağınız heç də ulduzların xoşuna gəlmir. Çünki bu kimi hallar insanın ümidini qırır. Nahardan sonra qonaq gedin ki, fikriniz dağılsın. Pul da gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm