Van Qoqun şərəfinə proqram əlavəsi yaradılıb (FOTO)
Bizi izləyin

Texnoloji

Van Qoqun şərəfinə proqram əlavəsi yaradılıb (FOTO)

Məşhur holland rəssamı, postimpressionizm cərəyanının nümayəndəsi Van Qoqun əsərlərini detalları şəkildə nəzərdən keçirməyə imkan verən "Touch Van Gogh" proqram əlavəsi buraxılıb.

ANS PRESS-in məlumatına görə, hazırda üç əsərdən - "Kottec", "Le Sent Mari de la Merdə dəniz peyzajı", "Almshouse garden"-dən ibarət əlavənin ikinci versiyasında 6 rəsmin olacağı planlaşdırılır.

Planşetlər üçün işlənmiş bu proqram əlavəsi istifadəçilərə, hətta boyanın altında nə olduğunu öyrənməyə imkan yaradan multitaç funksiyasına sahibdir.

Van Qoq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır. Ən azı həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur.

Qeyd edək ki, Vinsent 1853-cü il 30 mart tarixində, Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm