“Toyota”nın loqosunun mənası
Bizi izləyin

Avtopublika

“Toyota”nın loqosunun mənası

Dünyanın hər yerində ən məşhur avtomobil markalarından birinin "Toyota" olduğu hər kəsə bəllidir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, bu markanın loqotipinin maraqlı mənası var.

Şəkildə gördüyünüz bu loqotip iynənin başına keçirilmiş sapın xüsusi bədiiləşdirilmiş təsviridir. Belə ideya ondan yaranıb ki, "Toyota" avtomobillərinin istehsalçısı olan Toyoda Automatic Loom Works Ltd avtomobil istehsalına başlayanadək (1936-cı ilədək) tikiş maşınlarının istehsalı ilə məşhur olub. Amma bu, adi təsvir deyil və özündə iki mənanı ifadə edir:

1. Loqoda 3 oval var, Onlardan ikisi bir-biri ilə kəsişir və bu ovalın ən kiçiyi avtomobil həvəskarının (müştərinin) ürəyinin rəmzidir. Kəsişən ikinci oval avtomobilin istehsalçısının ürəyinin rəmzidir. Yəni ideya müəllifləri demək istəyirlər ki, bizim avtomobil onu düzəldənin və sürənin ürəklərini birləşdirir. Bu iki ovalı əhatəyə almış böyük oval isə "Toyota"nın böyük imkanlarının və böyük gələcəyinin rəmzidir.

2. "Toyota"nın loqosu həm də onun adının latın hərfləri ilə ifadəsidir. Bu, ikinci şəkildən aydın görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm