Merkel Kiyevə gəlir
Bizi izləyin

Dünya

Merkel Kiyevə gəlir

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Petro Poroşenkonun dəvətini qəbul edərək Kiyevə getməyə qərar verib.

Publika.az-ın məlumatına görə, Merkelin avqustun 23-də Ukraynaya gedəcəyi bildirilir.

"France-Presse" agentliyi qeyd edib ki, Almaniya kanslerinin səfəri Ukraynanın müstəqilliyi günü ərəfəsində planlaşdırılıb.

Xatırladaq ki, Petro Poroşenko və Angela Merkel 16 avqustda telefonla danışıblar və ölkənin şərqində münaqişənin nizama salınması üçün məsələləri müzakirə ediblər.

Söhbətin tamamında Ukrayna prezidenti kansleri gələn həftə Ukraynaya baş çəkməyə dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm