Putinin "Oskar"lı dostu Makareviçi ölümlə hədələdi
Bizi izləyin

Dünya

Putinin "Oskar"lı dostu Makareviçi ölümlə hədələdi

Ukraynadakı hadisələr Rusiyanın ali təbəqələrini də iki cinaha bölüb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məsələnın gərginləşməsi mədəniyyət işçilərinin bir-birini ölümlə hədələməsi ilə nəticələnib. Belə ki, tanınmış rusiyalı rok musiqçisi Andrey Makareviçin Slavyanskı terrorçulardan təmizləyən əsgərlər önündə musiqi nömrəsi ilə çıxış etməsi həmkarlarının qəzəbinə səbəb olub.

Hətta Oskar mükafatlı tanınmış rejissor Nikita Mixalkov Makareviçi ölümlə hədələyərək, onun İkinci Dünya Müharibəsi dövründə alman faşistləri önündə çıxış etmiş mədəniyyət xadimlərinin taleyini yaşamamasını arzu etdiyini bildirb.

Onun sözlərinə görə, tarix təkrarlanır və o vaxtkı satqınların bənzərləri hazırda da yaşayıb fəaliyyət göstərirlər. O, ümid etdiyini bildirib ki, həmkarı Makareviç bir də belə addımlara yol verməyəcək və faşist hissli şəxslərin yanında yer almayacaq.

Xatırladaq ki, Nikita Mixalkov Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı həyata keçirdiyi aqressiv siyasəti dəstəkləyən öndə gedən rusiyalı mədəniyyət xadimlərindəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm