Qırmızı.az
Kənd müəllimlərinə sevindirici xəbər
Gənc müəllimlərlə bağlı yeni qərar qəbul edilib.
Publika.az-ın məlumatına görə, Nazirlər Kabineti "Pedaqoji profilli
ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş
və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" qanunda dəyişiklik edib.
Nazirlər Kabineti yeni dəyişikliyi Təhsil Nazirliyinin təklifini
nəzərə alaraq qərara alıb. Dəyişikliyə əsasən, pedaqoji profilli
ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək
olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil
müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin
müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə
dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək
fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil
müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə
kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün
60 (altmış) manat məbləğində kompensasiya veriləcək. Eyni zamanda,
yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə
onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi
məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik
göstəriləcək.
Bununla yanaşı, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə
yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və
yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq
əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödəniləcək.
Həmçinin 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd
məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə
daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə
ödəniləcək.
Qeyd edək ki, bu qərar 2014-cü il sentyabrın 15-dən qüvvəyə
minəcək.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO