Yeniyetmə öz məşqçisini güllələdi - VİDEO
Bizi izləyin

Dünya

Yeniyetmə öz məşqçisini güllələdi - VİDEO

Rusiyanın Kemerovo vilayətində faciə baş verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə atıcılıq məktəblərinin birində olub.

Baş verən olay tam təfsilatı ilə kameraların yaddaşına köçüb. Videodan görünür ki, məşqə gələn yeniyetmə əlində tapança tutaraq hədəfə vurmağa çalışır.

Bu zaman içəri məşqçi girərək stolda əyləşir. Yeniyetmə qəfildən tapançanı hədəfə yox, məşqçiyə tuşlayır. Güllə açılır. Məşqçi bir anlıq əlini sinəsinə sıxır, sonra yıxılır. Yeniyetmə isə onun yıxıldığını görüb qorxur və hadisə yerini tərk edir.

Artıq yeniyetmə saxlanılıb. Təəssüf ki, güllə yarası almış müəllimin həyatını xilas etmək mümkün olmayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm