Cəzaçəkmə müəssisəsində əsgər özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Cəzaçəkmə müəssisəsində əsgər özünü güllələdi

Bakıda cəzaçəkmə müəssisəsində əsgər tabeliyində olan silahla özünü güllələyib.

AzNews.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi 2 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əsgəri olmuş 1994-cü il təvəllüdlü əsgər Təhməzli Fərid Aslan oğlu 2 saylı cəzaçəkmə müəssisəsində xidmətdə olan zaman qeyri-müəyyən şəraitdə tabeliyindəki avtomat silahdan açılan atəşlə özünə xəsarət yetirib. Yara ağır olduğundan əsgərin həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm