Poltavada rus diversantları həbs edildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Poltavada rus diversantları həbs edildi – FOTOLAR

Ukraynanın xüsusi xidmət orqanları Poltava vilayətində diversant qrupu zərərsizləşdirib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, cinayətkar dəstə Poltava vilayəti ərazisində əhalini qorxutmaq və ictimai asayişi pozmaq məqsədilə terror aktlarına hazırlıq görürmüşlər.

Hələlik 5 nəfər həbs edilib. 39-55 yaş aralığında olan diversantlardan ikisi keçmiş hərbçidir.

Əməliyyatı keçirən xüsusi xidmət orqanları onlardan ikisini Kiyev-Moskva reysi ilə uçmağa hazırlaşarkən aeroportda həbs edib. Dindirilmə zamanı məlum olub ki, onlar Rastov vilayətində Rusiya xüsusi xidmət orqanlarından təlimat almağa gedirmişlər.

Elə həmin gün qruplaşmanın digər 3 üzvü həbs edilib. Axtarış zamanı onların evlərindən terror aktlarının keçiriləcəyi yerlər qeyd edilmiş xəritə və əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm