Təcili Tibbi Yardıma müraciətlər artıb
Bizi izləyin

Qırmızı.az

Təcili Tibbi Yardıma müraciətlər artıb

Günvurma, ilansancma və sudaboğulma halları ilə bağlı Təcili Yardıma müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə nisbətən artıb.

Bakı Şəhər Təsili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən xəbərə görə, yay mövsümü başlayandan bu günədək günvurma ilə bağlı cəmi 32 müraciət olub. 10 nəfər isə xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Qalanlarına yerindəcə yardım göstərilib. Günvurmadan ölüm faktı qeydə alınmayıb.

Avqustun 18-də günvurma ilə bağlı 1 nəfər Təcili Yardıma müraciət edib, ona da yardım göstərilib.

İlansancma ilə bağlı stansiyaya 36 müraciət daxil olub. İlan zəhərindən əziyyət çəkənlər xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb və heç bir ölüm halı qeydə alınmayıb.

İndiyə qədər sudaboğulma ilə bağlı Təcili Yardıma 67 müraciət daxil olub. Müraciət edənlərdən 30 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm