Qırmızı.az
Daha bir əsgərimizi itirdik
Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam
saat 20:10 radələrində Nabranda baş verib.
Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən
1996-cı il təvəllüdlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən
batıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri
cəlb olunub. Onun meyiti batdığı yerdən təxminən 3 kilometr
aralıqda tapılıb.
Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam
rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq
etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.
Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Quba rayon şöbəsi tərəfindən anspress-in bölgə müxbirinə
təsdiqlənib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO