Prezidentlərin Soçidə müəmmalı görüşü
Bizi izləyin

İdman

Prezidentlərin Soçidə müəmmalı görüşü

Prezidentlərin Soçidə müəmmalı görüşü

FİFA prezidenti Jozef Blatter Soçiyə gəlib.

Publika.az xəbər verir ki, Blatter Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Krım klublarının Rusiya çempionatında iştirakı məsələsi də müzakirə edilib.

Qeyd edək ki, Rusiya Futbol Federasiyası Krım klublarının bu ölkənin aşağı liqasında iştirakına icazə verib. Bundan sonra Ukrayna Futbol Federasiyası FİFA-ya müraciət edərək Rusiyanın cəzalanmasını tələb edib.

FİFA prezidenti bildirib ki, məsələ ilə bağlı ilk növbədə UEFA qərar çıxarmalıdır. Məhz UEFA-nın qərarından sonra FİFA məsələ ilə bağlı mövqeyini açıqlayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm