Müsavatdan sərt çıxış: “Hökumətin qucağında oturmaqda ittiham edirlər”
Bizi izləyin

Nida.az

Müsavatdan sərt çıxış: “Hökumətin qucağında oturmaqda ittiham edirlər”

Müsavat Partiyası başqanının müşaviri Səxavət Soltanlı müxalifət partiyalarına qarşı şok ittihamlar irəli sürüb.
Publika.az-ın verdiyi xəbərə görə, başqan müşaviri son zamanlar müxalifət düşərgəsində qarşılıqlı ittihamlar və bu qarşıdurmada Müsavatın adının hallanmasına sərt münasibət bildirib.

“Son günlər siyasi aləmdə “canlanma” baş verib. Bir partiya lideri müsahibə verib başqa bir partiya liderini pis əməllərdə ittiham edir, ittiham olunan lider status yazıb cavab verir, qəzetlərdə yazılarla çıxış edib biri-birinin MTN-lə bağlı olduqlarını deyirlər. Biri onu keçmişdə hökumətin qucağında oturmaqda, biri də qarşısındakını bu gün hökumətin qucağında oturmaqda ittiham edir. Kimin kim olduğunu, kimin haqlı olduğunu əksəriyyət bilir. Hər ikisinin də haqlı və yalan dedikləri məqamları da əksəriyyət bilir. Hər iki tərəf çalışır ki, Müsavat Partiyasını da bu çirkin söz oyunlarına qoşsunlar, amma alınmır. Çünki Müsavat belə çirkin oyunlara heç zaman getməyib”, - S.Soltanlı deyib.

S. Soltanlı qeyd edib ki, tərəflərdən biri Müsavatı müxalifətçiliyi monopoliyaya almaqda, digər tərəf Müsavatı loyal partiyalarla, şübhəli insanlarla, hakimiyyətə işləyənlərlə bir yerdə siyasi məhbusları müzakirə etməkdə ittiham edir: “Əgər ora gələnlərdə problem varsa, nəzərə alın ki, sizlərlə bir yerdə, eyni təşkilatda olan partiya və lider bu tədbirin təşkilatçısıdır. Bildiyim qədər, Müsavat heç kimi dəvət etməyib. Sizin hökumətə işlədiyini dediklərinizlə bağlı fikirləri biz hər zaman demişik. Bu, başqa mövzudur. Milli Şura yaranan ərəfədə - 2013-cü il seçkilərinə gedərkən “daha böyük birlik” adı altında birmənalı hökumətin əlaltıları olan partiya və liderləri ətrafınızda cəmləmək istəyən, seçkiyə MTN-nin agenti dediklərinizdən tutmuş, hökumətin əlaltıları dediklərinizə qədər ətrafınıza toplayıb restoranlarda görüşlər keçirənlər siz deyildinizmi?”

Ötən il “Asiman” restoranında ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, “Ümid” sədri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahud Mirəlioğlunun gizli görüşünə toxunan İsa Qəmbərin müşaviri qarşı tərəfə suallar ünvanlayıb: “Biz sizin kimi onlarla bir yerdə hakimiyyətə gəlməyi qarşımıza məqsəd qoymuşuq, yoxsa hansısa əməkdaşlıq müqaviləsi imzalamışıq və ya buna cəhd etmişik?! Biz onlarla bir yerdə siyasi mübarizənin mümkünsüzlüyünü deyəndə buna qarşı savaş açmışdınız, indi onlar məhbus məsələsində biz deyəni deyirsə, buradan müxalifətə nə zərər gələ bilər? Xırda zərərləri ola bilər, amma məhbus məsələsində bu xırda zərərləri neytrallaşdırmaq asandır. Seçkidə və əsas siyasi mübarizədə onların vura biləcəyi zərərləri isə yəqin ki, hesablaya bilərsiniz. Buna da siz getmək istəyirdiniz, bəlkə, biz qoymadıq?”

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm