MKİ-dən Bağdadi üçün 100 nəfərlik komanda
Bizi izləyin

Dünya

MKİ-dən Bağdadi üçün 100 nəfərlik komanda

ABŞ İŞİD terror təşkilatının lideri Bağdadinin yaxalanması üçün 100 nəfərlik MKİ əməkdaşından komanda yaradıb.

Publika.az İngiltərənin “Mirror” qəzetinə istinadən xəbər verir ki, "Xəyalət" ləqəbli İraq Şam İslam Dövlətinin (İŞİD) liderinin yerini tapıb onu yaxalamağa qərar verən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 100 nəfərlik komanda yaradıb.

Qəzet komandanın artıq Bağdadinin axtarışına başladığını iddia edib. KİV həmçinin 2011-ci ildə Əl-Qaidə lideri Üsamə Ben Ladenin öldürüldüyü hücumdan indiyədək ən böyük “insan ovu” adlandırıb.

Xəbərdə casus, pilotsuz təyyarə və peyk görüntüləri ilə işləyən kəşfiyyat mütəxəssislərinin İraq və Suriyadakı mobil telefon siqnalları ilə məlumat topladıqları bildirilib.

Qəzetə məlumat verən bir mənbənin sözlərinə görə, Bağdadinin adamları artıq çarəsiz vəziyyətdədirlər və telefondan istifadə etməyə məcbur olurlar. Bu isə Bağdadinin sonu deməkdir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm