Şahzadə olmaq üçün işindən imtina etdi – FOTOLAR
Bizi izləyin

Dünya

Şahzadə olmaq üçün işindən imtina etdi – FOTOLAR

Britaniyanın 26 yaşlı sakini cansıxıcı hesab etdiyi hüquq sahəsindən imtina edərək ölkə şahzadəsi hersoginya Keyt Middltona əkiz olmaq arzusuna düşüb.

Kristina Spenserin sözlərinə görə, uzun şabalıdı saç və füsunkar gülüşünə görə insanlar onu Keyt Middltona bənzədir. İlk öncə Kristinanın qohumları onun hersoginyaya bənzədiyini sezib. Üç ildən – 2011-ci ilin aprelində kral ailəsinin toyundan sonra Kristinanı Keytlə müqayisə edənlərin sayı artmağa başladı. Kristina bu bənzərliyi kompliment kimi qəbul edərək, indi də onun kimi davranmağı öyrənməyə başlayıb. Bundan əlavə, sonuncu addım kimi o, özünə şahzadə Uilyam kimi ər tapmalıdır.

Qeyd edək ki, Avropada öz görkəmi ilə məşhurlara oxşar insanlar qazanc əldə edə bilirlər. Bundan əvvəl isə Britaniya sakini amerikalı müğənni Ledi Qaqa ilə o qədər maraqlanıb ki, axırda tamamilə ona bənzəyib. Lakin qadın müğənniyə bənzəmək üçün nə az, nə çox 90 min dollar xərcləməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm