“Sən örüşə Minarə ilə cinsi əlaqədə olmağa getmisən” - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

“Sən örüşə Minarə ilə cinsi əlaqədə olmağa getmisən” - TƏFƏRRÜAT

Quba rayonunun Gültəpə kənd sakini, 1963-cü il təvəllüdlü Şamil Kərimov həmkəndlisi İlqar Ağayevi öldürməyə cəhd edib. Teleqraf.com-un araşdırmasına görə, hadisə 2012-ci ilin fevralın 1-də baş verib.

Şamil Kərimov həmin ilin yanvar ayının sonlarında həmkəndlisi İlqar Ağayev ilə yaşadıqları kənddə rastlaşıb. Söhbət zamanı Şamil Kərimov örüşdən qayıtmayan mal-qarasını qonşusu Minarə Sultanova ilə birlikdə kəndin yuxarı hissəsində axtarmağa getdiyini deyib.

İlqar Ağayev Şamil Kərimovun dediklərini istehza ilə qarşılayıb. O, Şamilə “Sən mal-qara axtarmağa yox, Minarə arvadla cinsi əlaqədə olmağa getmisən” deyib. Şamil İlqar Ağayevin bu sözlərinə əsəbləşib. O, İlqar Ağayevi öldürmək qərarına gəlib.

Bu məqsədlə Şamil Kərimov həmin ilin fevralın 1-də, saat 11 radələrində yaşadığı Quba rayonu, Gültəpə kəndində yerləşən evinin yaxınlığındakı Naibə Şükürovaya məxsus bağ sahəsinə gəlib. Həmin vaxt o, İlqar Ağayevi özünə məxsus “QAZ-69” markalı , 40-BA-987 dövlət qeydiyyat nişanlı avtomobilinin sağ qapısının cəftəsini düzəltdiyini görüb. O, İlqarı həmin ərazidə bıçaqla vuraraq öldürmək istəyib.

“Öl, köpək oğlu, sən ölməlisən!”

Şamil Kərimov İlqarın Minarə Sultanova ilə bağlı zarafatla dediyi sözlərə görə çox əsəbi olub. O, əsəbini İlqar Ağayevi öldürməklə soyutmaq istəyib. Şamil Kərimov həmin vaxt İlqar Ağayevə yaxınlaşıb.

O, yerdən götürdüyü ağac parçası ilə “öl, köpək oğlu, sən ölməlisən!” sözlərini deyə-deyə onun baş nahiyəsinə ardıcıl olaraq bir neçə dəfə zərbə vurub.

Bu zaman ərazidə olan Məmmədrza Zülfüqarov və Bədəl Şükürov olaya müdaxilə edib. Şamil Kərimov onlara “mane olmayın mənə, onu öldürəcəm, bu köpək oğlu ölməlidir” deyərək yenidən İlqara zərbələr vurub. Məmmədrza və Bədəl çox çətinliklə İlqar Ağayevi Şamil Kərimovun əlindən alıblar. Onlar İlqar Ağayevi təcili olaraq Quba Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Orada İlqar Ağayevə ixtisaslı tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün İlqar Ağayevin həyatını xilas etmək mümkün olub.

Həmkəndlisini öldürməyə cəhd edən dəlixanaya göndərildi

Quba rayon Prokurorluğu və polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şamil Kərimov həbs edilib. Şamil Kərimov Cinayət Məcəlləsinin 20, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmə araşdırması zamanı Şamil Kərimovun anlaqsız olması üzə çıxıb. Buna görə də Şamil Kərimov ittiham olunduğu ittiham üzrə törətdiyi cinayət məsuliyyətindən azad edilib. Məhkəmə onun barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi tibbi müalicə təyin edib və müalicə olunması üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Hökmdən Baş Prokurorluq apelyasiya protesti verib. Birinci məhkəmə instansiyasında dövlət ittihamını müdafiə edən prokuror Eldar Həmzəyev Şamil Kərimovun barəsində təyin edilmiş qərarın ləğv edilməsini və Şamil Kərimova ittiham hökmünün çıxarılmasını istəyib.

Prokurorun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, prokurorluğun şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm