Dünya
Erməni eksperti: “Medvedev ermənilərə yaşamaq üçün borc pul verəcək”
Avqustun 21-də Gürcüstan baş naziri İrakli Qaribaşvili, sentyanrın 8-i isə Rusiya baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək. On gün sonra - 17-18 sentyabr tarixlərində isə Ermənistanın baş naziri Ovik Abramyan İranda səfərdə olacaq.
Publika.az-ın verdiyi xəbərə görə, erməni ekspert Naira Ayrumyan səfərlərin məhz baş nazirlər səviyyədə edilməsini maraqlı şəkildə şərh edib.
“İran, Gürcüstan və Rusiya hesab edir ki, Ermənistanla ünsiyyəti ikinci şəxslər səviyyəsində saxlamaq lazımdır”, - ekspert bildirib.
Onun sözlərinə görə, Gürcüstan baş naziri Avrasiya İttifaqına üzv olacağı halda Ermənistanın yerinə yetirməli olduğu şərtləri irəli sürəcək: “Birincisi, azad ticarətin rejiminin ləğvi, ikincisi, rüsumların artımı, üçüncüsü isə viza rejimində dəyişiklikdir. Gürcüstanın baş naziri həmçinin ölkənin cənubunda tikiləcək hərbi bazadan danışacaq. Ehtimal ki, bu, Gürcüstan-ABŞ birgə bazası olacaq”.
D.Medvedevin səfərinin məqsədlərinə gəlincə, Naira Ayrumyan bunları deyib: “Medvedev çalışacaq ki, Ermənistan gömrük rüsumlarının artması ilə razılaşsın. Bəlkə də, bir az borc pul verəcək. Yaşamaq və Atom Elektrik Stansiyasını təmir etmək üçün. Medvedev İrəvanı inandıracaq ki, Rusiya həmişə Ermənistanın keşiyində duracaq və heç kəsə buraya daxil olmağa icazə verməyəcək. Hətta onlar buraya sülh və əlverişli təkliflərlə gəlsə belə. Medvedev həm də Putinin “xahişi”ni Tehrana çatdırmaq üçün Ovik Abramyanı İrana səfərə hazırlayacaq. Bu “xahiş” isə İranın Avropaya qaz ixracına razılaşmaması ilə bağlı olacaq”.
Ömər Dağlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye