Sabina Freyzer: “Bu prinsiplərə nə Azərbaycan, nə də Ermənistan əhəmiyyət verəcək” – Özəl
Bizi izləyin

Nida.az

Sabina Freyzer: “Bu prinsiplərə nə Azərbaycan, nə də Ermənistan əhəmiyyət verəcək” – Özəl

Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin rəhbəri Sabina Freyzer Publika.az-a özəl açıqlamasında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində yaranmış son durum, cəbhədəki gərginlik, Soçi görüşü və ümumi nəticələrlə bağlı danışıb.

S. Freyzer bildirib ki, ötən ayın sonu və avqustun əvvəlindən başlayaraq cəbhədən gələn həyəcanlı xəbərlər fonunda tərəflər arasındakı sülh danışıqları əsasən Ermənistan tərəfindən dondurulmuşdu: “Son dövrlər Ukrayna hadisələrində beynəlxalq hüququn əsas üç prinsipi - ərazi bütövlüyünün toxunulmazlığı, öz müqəddəratını təyin etmə və hüququn aliliyi ciddi şəkildə pozuldu. Bu, xüsusilə Krımda baş verdi. Rusiya nümayiş etdirdi ki, bu prinsiplər asanlıqla pozula bilər. Buna görə də nə Azərbaycan, nə də Ermənistan əvvəlki kimi sözügedən prinsiplərə o qədər də əhəmiyyət verməyəcək”.

Amerikalı analitik hesab edir ki, Rusiya regionda qeyri-sabit vəziyyətin saxlanılmasında maraqlıdır.
“Rusiya regiondakı vəziyyətə istədiyi vaxt müdaxilə edib öz gücünü nümayiş etdirir. Putin bunu Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündə də göstərdi”, - deyə o qeyd edib.
S. Freyzerin sözlərinə görə, son döyüşlər tammiqyaslı müharibə təhlükəsinin artdığını göstərdi: “Keçmişdə təmas xəttində hər il təxminən 30 hərbçi həlak olurdusa, son qarşıdurmada rəsmi açıqlamaya görə 18 hərbçi həlak oldu”.

S. Freyzerin fikrincə, Ukrayna böhranı Cənubi Qafqazdakı münaqişələrə mənfi təsir göstərə bilər: “Şərqi Ukraynada çox ciddi zorakılıq mövcuddur. Əgər Rusiya separatçılara dəstək verəcəksə, bunun nəticələri çox pis olacaq. Bu, Cənubi Qafqazdakı münaqişələrə də təsir göstərə bilər. Rusiya Ukraynadakı itkilərini sığortalamaq üçün Qafqazda sülh vəziyyətini poza bilər. Amma belə olmayacağına ümid edirəm və bunu arzulayıram”.



Asif Nərimanlı

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm