Türkiyədən Azərbaycana qaçan İran agentlərinin adları açıqlandı - SİYAHI - FOTOLAR
Bizi izləyin

Nida.az

Türkiyədən Azərbaycana qaçan İran agentlərinin adları açıqlandı - SİYAHI - FOTOLAR

Fətullah Gülənə bağlı “Todays Zaman” qəzeti Ərdoğan hökumətinin İrana bağlı “Tevhidi-Salam” adlı terror təşkilatına qarşı prokurorların apardığı gizli istintaqı deşifrə etməsindən və bu əməliyyatda iştirak edən polisləri həbs etdirməsindən sonra təşkilatda yer alan 21 iranlı agentin ölkədən qaçdığını xəbər verib.

Qəzet kəşfiyyatdakı mənbələrə istinadən xəbər verir ki, agentlər, o cümlədən “Tevhidi-Salam” təşkilatının rəhbəri Seyid Əli Əkbər Mirvəkili və Nasir Qafari gizli əməliyyatın deşifrə edilməsindən sonra İrana və Azərbaycana qaçıblar. İran kəşfiyyatı isə onları əvəz etmək üçün yeni agentlər göndərib.

Xəbər verildiyi kimi, Türkiyədə İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasına bağlı “Tevhidi-Salam” adlı terror təşkilatının fəaliyyət göstərdiyinə dair iddialar bu ilin fevralında hökumətə yaxın mediada yayılmışdı.

Bildirilirdi ki, ədliyyə və polis sistemində kök salmış fətullahçılar “Tevhidi-Salam” adlı terror təşkilatına qarşı gizli əməliyyat adı altında 7 mindən çox adam, o cümlədən o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan və nazirləri dinləyiblər.

Virtualaz.org saytı xəbər verir ki, telefonları dinlənilən şəxslər arasında Azərbaycandan hazırda həbsdə olan ilahiyyatçı Hacı Taleh Bağırzadə və Hacettepe Universitetinin beynəlxalq əlaqələr üzrə təmsilçisi Elvin Ağayevin də yer aldığı bildirilirdi.

Sonradan bu dinləmə qalmaqalı ilə bağlı həbslər həyata keçirilib. İyulun 22-də baş nazir Ərdoğanın telefonlarını dinləyən və xidməti kabinetində “juçok” yerləşdirən polislər həbs edilib. İstintaqın gedişində məlum olub ki, əslində “Tevhidi-Salam” təşkilatına qarşı əməliyyat adı altında dinlənilən şəxslərin sayı 7 min yox, 250-yə yaxın olub.

Həmçinin fətullahçı polislərə, yaxud Türkiyə rəsmilərinin dediyi kimi, “paralel strukturların” mənsublarına qarşı istintaqı aparanlar “Tevhidi-Salam” adlı təşkilatın mövcudluğunu inkar ediblər.

“Todays Zaman” isə bildirir ki, kəşfiyyatdakı mənbələr bu əməliyyatın hökumət tərəfindən deşifrə edilməsindən sonra Türkiyədən qaçan 21 agentin hamısının adını təqdim edib.

Həmin İran agentləri bunlardır: Seyid Əli Əkbər Mirvəkili, Nasir Qafari, Fatimə Rezayi, Həmid Həbibi Həfzabad, Siyamək Məzlumrəvasan, Əli Həsən Salami, Rəsul Abdullahi, Seyid Əsgər Seyidtorabi, Həbibulla Heydəri, “Nərgiz” ləqəbli agent, Əli Qiyasət Far, Hüseyn Möqtədəri, Əli Əkbər Vali, İraj Nəcəfi, Mehdi Sasani Ağdam, Əli Məndi Nejat Mamaqani, İsmayıl Sabegni, Əkbər Fəllah Nejad, Valid Həsən Radvan, Nasir Nurani və Həsən Hiraji Qotlu.

Virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm