Qırmızı.az
Leyla Əliyevanın adından yalan məlumatla bağlı AÇIQLAMA
Heydər Əliyev Fondu Leyla Əliyevanın adından yayılan müraciətlə bağlı açıqlama yayıb.
Fondun mətbuat xidmətindən Publika.az-a daxil olan açıqlamada
bildirilir ki, bəzi KİV-də Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın adından Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin heyətinə müraciət yayılıb.
“Məlumatda Leyla Əliyevanın "Facebook" sosial şəbəkəsindəki hesabı
vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət
etdiyi bildirilir.
Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentindən
verilən məlumata görə, xəbərdə istinad olunan Facebook sosial
şəbəkəsindəki hesab, eləcə də Fondun vitse-prezidentinin adından
yayılmış müraciət Leyla Əliyevaya məxsus deyil.
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın adına
Facebook sosial şəbəkəsində ayrı-ayrı şəxslər tərəfindən bir neçə
hesab yaradılıb.
Bununla əlaqədar bildiririk ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın Facebook sosial şəbəkəsindəki
rəsmi səhifəsi bu ünvandadır:
https://www.facebook.com/aliyevaleylaofficial”,- deyə açıqlamada
bildirilir.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı