Üç yaşlı qardaşı oğlunu 8-ci mərtəbədən yerə atdı
Bizi izləyin

Dünya

Üç yaşlı qardaşı oğlunu 8-ci mərtəbədən yerə atdı

Rusiyanın Çelyabinsk vilayətində 29 yaşlı qadına qarşı cinayət işi qaldırılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, avqustun 17-də gecəyarısı şəhər xəstəxanasına Kalinin rayonundakı küçələrdən birindən tapılmış 3 yaşlı oğlan uşağı gətirilib. Çoxsaylı travma almış uşaq həkimlərin səylərinə rəğmən keçinib.

İstintaq müəyyən edib ki, uşaq elə tapıldığı ərazidə yerləşən çoxmərtəbəli binada yaşayırmış. Hadisə günü onun valideynləri evdə olmayıb, mənzildə yalnız iki böyük qardaşı və bibisi imiş. Həmən gün həddən artıq spirtli içki qəbul edən qadın qəfildən uşağı 8-ci mərtəbədən yerə atıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm