"Fənərbaxça" ulduzunu əldən verdi
Bizi izləyin

İdman

"Fənərbaxça" ulduzunu əldən verdi

"Fənərbaxça" klubu aparıcı futbolçularından birini əldən verib.

Klub futbolçu Kristian Baroni ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. İstanbul klubunun prezidenti Əziz Yıldırımın braziliyalı oyunçu ilə görüşündən sonra yolların ayrılmasına qərar verilib.

31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin ləğvi barədə Türkiyə Futbol Federasiyasına bildirilib.

Məlumat üçün deyək ki, K.Baroni 2009-cu ildən "Fənərbaxça"da çıxış edirdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm