Səmada uçan quşlar yanaraq məhv olur
Bizi izləyin

Dünya

Səmada uçan quşlar yanaraq məhv olur

Günəş enerjisini istehsal edən yeni nəsil texnologiya getdikcə əks-effekt göstərir. Bu haqda xəbəri Kaliforniyanın energetika üzrə komissiyası verib.

Las-Veqas şəhərinin 64 kilometrliyində yerləşən Moxave səhrasında Ayvanpa Günəş Elektrik Stansiyası tikilib. Bu, dünyada ən böyük günəş elektrik stansiyası hesab edilir. Lakin elektrik stansiyasının yaxınlığında ölü quş cəsədləri aşkar edilib. Komissiya əməkdaşları isə quşların yeni texnologiya sayəsində günəş şüalarından yanaraq öldüyünü deyiblər.

Ayvanpa Günəş Elektrik Stansiyası “Google” və Kaliforniyanın iki elektrik şirkətinə məxsusdur. Elektrik stansiyası yarım hektar ərazini əhatə edir və üç güzgülü sahədən ibarətdir. Ərazidə heliostat güzgülərin ümumi sayı 173,5-dir.

Stansiya bu ilin fevralında açılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm