Rəşad İlyasov: “Çox dincələndə adam depressiyaya düşür”
Bizi izləyin

Tabloid.az

Rəşad İlyasov: “Çox dincələndə adam depressiyaya düşür”

Müğənni Rəşad İlyasovun istirahətlə heç arası yoxdur.

Publika.az-ın məlumatına görə, müğənni işləməyə daha çox üstünlük verir. O hesab edir ki, sevdiyi işlə məşğul olmaq elə istirahət deməkdir: “Çox istirahət edəndə insan depressiyaya düşür. Heyif deyil işləmək. Onu da deyim ki, xanımımla mənim istirahət üçün vaxtımız da üst-üsə düşmür. Yoldaşım həftəsonları boş olur, əksinə, mən toya, şənliyə gedirəm. Buna görə də elə vaxt tapan kimi dənizə gedirik. Dənizi çox sevirəm”.

Ara-sıra ailəsi ilə birgə şimal-qərb bölgəsinə yollandığını deyən müğənni sentyabrda ailəsi ilə birgə Türkiyəyə gedəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm