Bilgi.az
Vəhhabi şeyxdən qadınlarla bağlı əxlaqsız fətva
Misirin tanınmış din xadimlərindən biri, ölkədəki sələfilərin liderləri arasında yer alan şeyx Usama əl Kavsinin son fətvası qalmaqala səbəb olub.
Memri TV bildirir ki, əl Kavsinin fətvasına görə, müsəlman kişi
evlənmək niyyətində olduğu qadını nikahdan əvvəl hamamda çimərkən
gizlicə güdə bilər.
"Gerçəkdən də niyyəti saf və səhih olan kişilər nikahla arvad etmək
niyyətində olduqları qadını və ya qızın vücudunda qüsurlar
olmadığını yəqin etmək üçün bu müslüməni hamamda çimərkən güdə
bilər. Kişi bunu edərkən gizlənməli, yerini bəlli etməməlidir", -
sələfi şeyxin fətvasında deyilir.
Usama əl Kavsi daha sonra bildirib ki, filmlərdə və videokliplərdə
qadınların tam çılpaq olduğu səhnələrə baxmaq da "mömin müsəlman
kişi üçün günah, yaxud haram sayılmaz": "İnsan ağlı olan
məxluqdur.
Əxlaq və islah əsas məsələdir. Bir var niyyət, bir var əməl. İnsan
əməlinə nəzarət edirsə, nəfsinin qurbanı deyilsə, onun çılpaq
qadınların görüntülərinə baxmasında qəbahət yoxdur. Başlıca məqam
ədəbi gözləmək, əmələ nəzarət etməkdir".
Misirin dini işlər naziri Məhəmməd Muxtar sələfi şeyxin fətvasını
əxlaqsızlıq adlandırıb: "Bir qadın hamamda çimərkən onu güdmək
kişilikdir?! Belə hadisənin qızınızın başına gəlməsini
istərdinizmi?!"
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO